Bank Of Baku

Kinorejissor Tofiq Tağızadənin xatirə gecəsi keçiriləcək

Kinorejissor Tofiq Tağızadənin xatirə gecəsi keçiriləcək
# 21 fevral 2009 09:16 (UTC +04:00)
Bakı. Kimyə Rüstəmova – APA. Mart ayında mərhum kinorejissor xalq artisti Tofiq Tağızadənin 90 illiyinə və rejissorun ekran həyatı verdiyi məhşur “Uzaq sahillərdə” filminin 50 illiyinə həsr olunmuş xatirə gecəsi keçiriləcək. Dövlət Film Fondunun direktoru, əməkdar incəsənət xadimi Cəmil Quliyevin APA-ya verdiyi məlumata görə, tədbir Muzey Mərkəzində baş tutacaq. Dövlət Film Fondunun təşkil etdiyi tədbirdə rejissorun həyat və yaradıcılığından bəhs edən 60 fotoşəkildən ibarət fotosərgi təşkil olunacaq. C. Quliyev onu da qeyd edib ki, tədbirdə rejissorun “Onun böyük ürəyi”, “Dədə Qorqud”, “O dünyadan salam”, “Bağ mövsümü” və s. filmlərindən fraqmentlər nümayiş olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR