Bank Of Baku

İrəvan Azərbaycan Dövlət Dram Teatrı Tiflisdə “Körpü” tamaşasının premyerasını keçirib

İrəvan Azərbaycan Dövlət Dram Teatrı Tiflisdə  “Körpü” tamaşasının premyerasını keçirib
# 24 fevral 2009 07:42 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Tiflis şəhərinə bir günlük qastrol səfərinə gələn İrəvan Azərbaycan Dövlət Dram Teatrı dünən K. Marcanişvili adına Dövlət Teatrında “Körpü” adlı iki hissəli komediyanın premyerasını keçirib. Azərbaycanın xalq artisti Vaqif Əsədovun quruluşçu rejissoru olduğu tamaşadakı hadisələr XX əsrdə bir kənddə cərəyan edir. İrəvan Azərbaycan Dövlət Dram Teatrının direktoru İftixar Piriyev APA-ya açıqlamasında bildirib ki, tamaşa dövlət sifarişi ilə hazırlanıb. O, qeyd edib ki, tamaşanın Bakıda keçirilən birinci premyerasında Suxumi Dövlət Dram Teatrının aktyoru, Gürcüstanın xalq artisti Dmitri Çaiani da iştirak edib.
Əsərin premyerasında Gürcüstan prezidentinin müşaviri Mübariz Qarayev, Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları, gürcü kino və teatr xadimləri, azərbaycanlıların kompakt yaşadığı bölgələrdən gələn nümayəndələr də iştirak ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR