Bank Of Baku

“Xocalı həqiqətləri” adlı tədbir-sərginin açılışı keçirilib

“Xocalı həqiqətləri” adlı tədbir-sərginin açılışı keçirilib
# 24 fevral 2009 09:49 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Azərbaycan Dövlət İstiqlal Muzeyində Xocalı faciəsinin 17-ci ildönümü ilə əlaqədar “Xocalı həqiqətləri” adlı tədbir-sərginin açılışı keçirilib. APA-nın məlumatına görə, sərgidə ilk dəfə olaraq Xocalı sakinlərinin ailələri tərəfindən verilən şəxsi əşyalar, muzeyin fondunda saxlanılan nadir qəzetlər, kitablar və fotoraf Ə. Qasımovun Xocalı faciəsini əks etdirən fotoşəkillər nümayiş etdirilib. Sərgidə fotoqraf Tahir Cəfərovun çəkdiyi və Xocalı şəhidlərinə həsr olunmuş videodisk də göstərilib. Sərgidə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva XX əsrdə ermənilərin Azərbaycan xalqına qarşı dəfələrlə təcavüz etdiyini bildirib: “Ötən əsrdə ermənilər tərəfindən törədilən ən böyük vəhşiliklərdən biri 17 il əvvəl Xocalıda baş verib. Misli görünməmiş vəhşiliklə həyata keçirilən bu soyqırım XX əsrin ən dəhşətli faciələrindən biridir. Xocalı sakinlərinin və körpələrin fəryadı ömürlük ürəyimizdə səslənir və səslənəcək”. Tədbirdə İstiqlal Muzeyinin direktoru Fəridə Şəmsi, şairə Zəminə Xanalı, Xocalı sakini Ramin Fərzəliyev və başqaları da çıxış ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR