Bank Of Baku

Azərbaycanda “Almaniya mədəniyyəti həftələri” keçiriləcək

Azərbaycanda “Almaniya mədəniyyəti həftələri” keçiriləcək
# 24 fevral 2009 11:55 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Bu il Azərbaycanda “Almaniya mədəniyyəti həftələri” keçiriləcək. APA-nın məlumatına görə, bu barədə Almaniyanın Azərbaycandakı səfirliyinin birinci katibi Robert Zessner bildirib. Onun sözlərinə görə, mədəniyyət həftələri çərçivəsində Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə bir sıra tədbirlərin - sərgilərin, konsertlərin, simpoziumların, konfransların keçirilməsi nəzərdə tutulub: “Belə tədbirlərdən biri kimi fevralın 27-də Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında Almaniyanın dünyada tanınmış rəssamı Günter Ükerin “İstirab çəkən insan” mövzusuna həsr edilmiş sərgisinin açılış mərasimi keçiriləcək. Hesab edirəm ki, Azərbaycan ictimaiyyəti üçün çox maraqlı sərgi olacaq”.

G. Ükerin Azərbaycanda bir həftə səfərdə olacağını qeyd edən diplomat belə tədbirlərin iki ölkə arasında münasibətlərin inkişafına təkan verdiyini vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR