Bank Of Baku

Almaniya işğal altında olan Azərbaycan ərazilərində mədəniyyət abidələrin ermənilər tərəfindən dağıdılmasını pisləyir

Almaniya işğal altında olan Azərbaycan ərazilərində mədəniyyət abidələrin ermənilər tərəfindən dağıdılmasını pisləyir
# 24 fevral 2009 11:57 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. “Əlbəttə ki, hər bir mədəniyyət irsinin dağıdılaraq məhv edilməsi yaxşı hal deyil. Hər bir hökumət, o cümlədən Almaniya hökuməti də buna çox pis baxır”. APA-nın məlumatına görə, bunu Almaniyanın Azərbaycandakı səfirliyinin birinci katibi Robert Zessner Azərbaycanın işğal altında olan ərazilərindəki mədəniyyət abidələrin ermənilər tərəfindən dağıdılmasına münasibət bildirərkən deyib. Onun sözlərinə görə, mədəniyyət abidələrin dağıdılması böyük problemin yalnız bir hissəsidir.

Diplomat hesab edir ki, işğal altında olan ərazilərdə mədəniyyət abidələrinin qorunub saxlanması Dağlıq Qarabağ münaqişəsinin həllinə bağlıdır: “Hazırda münaqişənin sülh yolu ilə həll üçün addımlar atılır. Bu böyük problemi həll etdikdən sonra mədəniyyət sahəsindəki problemlər də həll olunacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR