Bank Of Baku

Əbülfəs Qarayev Kubada səfərdədir

Əbülfəs Qarayev Kubada səfərdədir
# 24 fevral 2009 13:46 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bu gün Kuba Respublikasına səfər edib. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi İntiqam Hümbətovun APA-ya verdiyi məlumata görə, səfər Kuba Respublikasının mədəniyyət və turizm nazirinin dəvəti əsasında baş tutub. Səfər müddətində iki ölkə arasında mədəniyyət, turizm sahəsində əməkdaşlığın inkişafı və müxtəlif sahələrdə əlaqələrin genişləndirilməsi məsələləri müzakirə ediləcək. Martın 3-dək davam edəcək səfər müddətində turizm sahəsində əməkdaşlığa dair saziş imzalanması nəzərdə tutulur. İ. Hümbətovun sözlərinə görə, sazişin imzalanması barədə razılıq 2007-ci il noyabrın 30-da Havana şəhərində keçirilən Kuba-Azərbaycan hökumətlərarası komissiyanın ilk iclasında əldə olunub. Nazirin səfər proqramına hökumətlərarası komissiyanın Kuba tərəfindən həmsədri ilə görüş, komissiyanın II iclasının konkret tarixinin müəyyənləşdirilməsi də daxildir. Xatırladaq ki, nazir Əbülfəs Qarayev Azərbaycanın dövlət başçısının 16 yanvar 2009-cu il tarixli sərəncamına əsasən, Azərbaycan-Kuba hökumətlərarası komissiyanın Azərbaycan tərəfindən həmsədri təyin olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR