Bank Of Baku

Firəngiz Əlizadə I Beynəlxalq Muğam Festivalının kuratoru təyin edilib

Firəngiz Əlizadə I Beynəlxalq Muğam Festivalının kuratoru təyin edilib
# 24 fevral 2009 14:08 (UTC +04:00)
Bakı. Ülkər Qasımovs-APA. Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə bu ilin martında Azərbaycanda keçiriləcək I Beynəlxalq Muğam Festivalının kuratoru təyin edilib. Bu barədə APA-ya məlumat verən Firəngiz Əlziadə artıq festivalın hazırlığına başlandığını deyib. Festivalın çox iri miqyasda təşkil olunacağını qeyd edən bəstəkar, ilk dəfə olaraq keçiriləcək bu layihəyə dünyanın bir sıra ölkələrindən qonaqların dəvət olunacağını vurğulayıb: “Belə bir festivalın təşkili Heydər Əliyev Fondunun muğamın inkişafına böyük töhfəsidir. Yeni Muğam Mərkəzinin açılışı da belə bir tədbirin təşkilinə təkan verdi. Novruz bayramı ərəfəsində Muğam Festivalını keçirmək niyyətindəyik. Bu festivalda iştirak etmək üçün xaricdən qonaqlar dəvət olunub”. F. Əlizadə deyib ki, bu festivalın təşkilində məqsəd muğam musiqisinin bəşəriyyətin musiqisi olduğunu sübuta yetirməkdir: “Muğam musiqisi öz xüsusiyyətlərini qoruyub saxlayır. Üzeyir Hacıbəyov demişdi ki, “bütün Şərqdə yeddi sütun var”. Biz istəyirik ki, yeddi musiqinin hamısını göstərək. Bizim qonaqlarımız sırasında Andalusiyadan tutmuş Çinin uldurlarına hamı kimi olacaq . Təbii ki, bizim ustadlarımız da yeddi əsas muğamlarımızı ifa edəcəklər. Muğam musiqisinin bazasında çox böyük özəlliklər var ki, o bütün ənənəvi musiqiyə səciyyəvi olan musiqidir. Muğam bütün bəşəriyyətin sərvəti və musiqisidir. Bu festival çərçivəsində də biz bunu göstərmək istəyirik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR