Bank Of Baku

Bəstəkarlar İttifaqı “Eurovision-2009”-da Azərbaycanı təmsil edəcək sənətçi və onun ifa edəcəyi mahnı ilə bağlı bəyanat yayıb

Bəstəkarlar İttifaqı “Eurovision-2009”-da Azərbaycanı təmsil edəcək sənətçi və onun ifa edəcəyi mahnı ilə bağlı bəyanat yayıb
# 24 fevral 2009 14:09 (UTC +04:00)
Azərbaycan Bəstəkarlar İttifaqından APA-ya daxil olan bəyanatda deyilir: “Moskvada keçiriləcək “Eurovision-2009” müsabiqəsində Azərbaycanın yerli deyil, əcnəbi bəstəkarın əsəri ilə təmsil olunmasına Azərbaycan Bəstəkarlar İttifaqının münasibət bildirməməsi barədə son vaxtlar yerli mətbuatda bəzi ittihamlar səsləndirilib. Bununla bağlı bildirmək istəyirik ki, əvvəla nə “Eurovision-2009” müsabiqəsində iştirak edəcək sənətçinin, nə də onun oxuyacağı mahnının seçilməsi üçün ölkə daxilində təşkil olunan müsabiqələrin münsiflər heyətində təmsil olunmaq üçün bizə müraciət olunmayıb. Bu səbəbdən Bəstəkarlar İttifaqı 75 il əvvəl Azərbaycan peşəkar musiqi sənətinin banisi dahi Üzeyir Hacıbəyli tərəfindən əsası qoyulan nüfuzlu təşkilat olduğu üçün rəsmi şəkildə dəvət olunmayan tədbirlərə nümayəndə göndərmir.

Bundan başqa, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, katibləri, həmçinin, üzvləri telekanallarda bu mövzuya kifayət qədər toxunub, rəylərini bildiriblər. Bütün bunları nəzərə alaraq, mətbuat vasitələrinin nəzərinə çatdırmaq istəyirik ki, nə qədər Bəstəkarlar İttifaqı musiqi ilə bağlı keçirilən tədbirlərdə, o cümlədən “Eurovision” müsabiqəsində, təmsil olunmaq üçün rəsmi dəvət almayacaq, həmin tədbirlərin məsuliyyətini daşıya bilməz və buna cavabdeh deyil”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR