Bank Of Baku

Bədii Sərgi Salonunda Xocalı soyqırımının 17-ci ildönümünə həsr olunmuş sərgi açılıb

Bədii Sərgi Salonunda Xocalı soyqırımının 17-ci ildönümünə həsr olunmuş sərgi açılıb
# 24 fevral 2009 16:04 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Bu gün Bədii Sərgi Salonunda Xocalı soyqırımının 17-ci ildönümünə həsr olunmuş sərginin açılışı keçirilib. APA-nın məlumatına görə, sərgi Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə baş tutub. Sərgidə Mədəniyyət və Turizm Nazirliyini təsviri və dekorativ sənəti sektorunun müdiri Leyla Axundzadə, Azərbaycan Rəssamlar İttifaqının katibi, xalq rəssamı Ağəli İbrahimov 17 il öncə törədilən bu soyqırımın bütün dünyada dəhşətli bir faciə olduğunu dilə gətiriblər. Sərgidə Dövlət İncəsənət Muzeyi və Dövlət Rəsm Qalereyasının fondlarında saxlanılan altmışdan çox əsər nümayiş edilir. Həmin əsərlərin müəllifləri Nazim Məmmədov, Sara Manafova, Namiq Zeynalov, Rafiq Heydərzadədir. Sərgidə məşhur heykəltəraş Xanlar Əhmədzadənin kiçik heykəltəraşlıq nümunələri də yer alıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR