Bank Of Baku

Azərbaycan nümayəndə heyəti Bişkekdə keçiriləcək beynəlxalq forumda iştirak edəcək

Azərbaycan nümayəndə heyəti Bişkekdə keçiriləcək beynəlxalq forumda iştirak edəcək
# 25 fevral 2009 13:47 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Bişkekdə Çingiz Aytmatovun 80 illiyi və MDB-də keçirilən “Ədəbiyyat, oxu və mütaliə” ilinə həsr olunan beynəlxalq forum keçiriləcək. Tədbirdə Azərbaycanı Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Yazıçılar Birliyinin rəsmilərindən ibarət nümayəndə təmsil edəcək.

Nümayəndə heyətinin üzvü, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid APA-ya açıqlamasında sözügedən tədbirin fevralın 25-dən 28-dək keçiriləcəyini, Azərbaycan nümayəndə heyətinin bu gün Qırğızıstana yola düşdüyünü deyib.

Onun sözlərinə görə, forumda müasir dövrdə mədəniyyət və ədəbiyyat, Çingiz Aytmatovun yaradıcılığı və digər məsələlər müzakirə olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR