Bank Of Baku

Martın 17-də Azərbaycanda I Beynəlxalq Muğam Festivalının açılışı keçiriləcək

Martın 17-də Azərbaycanda I Beynəlxalq Muğam Festivalının açılışı keçiriləcək
# 25 fevral 2009 14:26 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Martın 17-də Azərbaycanda I Beynəlxalq Muğam Festivalının açılış mərasimi keçiriləcək. Mədəniyyət və Turizm Nazirlliyindən APA-ya verilən məlumata görə, festivalın açılışı yenicə istifadəyə verilmiş Muğam Mərkəzində gerçəkləşəcək. Festival Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqının təşkilatçılığı, Azərbaycan Mədəniyyətinin Dostları Fondu və Təhsil Nazirliyinin sponsorluğu ilə “Muğam aləmi” adı altında baş tutacaq və martın 25-dək davam edəcək.

Beynəlxalq Muğam Festivalı çərçivəsində muğam müsabiqəsi də təşkil olunacaq. Müsabiqə 22-24 mart tarixlərində Abdulla Şaid adına Azərbaycan Dövlət Kukla Teatrında gerçəkləşəcək. Müxtəlif ölkələrdən dəvət olunmuş musiqiçilər, tədqiqatçılar və musiqinin təbliği ilə məşğul olan mütəxəssislər müsabiqəyə hakimlik etmək üçün münsiflər heyətinin işinə cəlb ediləcəklər. Müsabiqəyə yaşı 35-dək olan vokal ifaçıları qatılacaq. İştirak etmək istəyən şəxslər sənədlərini fevralın 27-dək təqdim etməlidir. Müsabiqədə “qran-pri” mükafatının sahibinə 20 min avro, I yerin qalibinə 15 min avro, II yerin sahibinə 10 min avro, III yerin sahibinə isə 5 min avro məbləğində pul mükafatı təqdim olunacaq. Martın 24-də Bakıda qaliblərin yekun qala-konsertinin təşkili nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR