Bank Of Baku

Üzeyir Hacıbəyovun ev muzeyində Xocalı faciəsinə həsr olunmuş tədbir keçirilib

Üzeyir Hacıbəyovun ev muzeyində Xocalı faciəsinə həsr olunmuş tədbir keçirilib
# 25 fevral 2009 15:14 (UTC +04:00)
Bakı. Kimyə Rüstəmova – APA. Bu gün Üzeyir Hacıbəyovun ev muzeyində Xocalı faciəsinin 17-ci ildönümünə həsr olunmuş “Xocalı faciəsi unudulmayıb” adlı tədbir keçirilib. Muzeyin ekspozisiya şöbəsinin müdiri Gülnarə Ələsgərovanın APA-ya verdiyi məlumata görə, tədbir muzey kollektivinin, “Aytam” Uşaq Mədəni Maarifləndirmə İctimai Birliyi və “Günay” Uşaq Teatrının birgə təşkilatçılığı ilə baş tutub. Tədbirdə “Günay” Uşaq Teatrının kollektivinin ifasında şairə Zərəngil Dəmirçiqızının Xocalı faciəsindən bəhs edən “Cavab ver” adlı poeması əsasında səhnələşdirilən eyniadlı tamaşa nümayiş etdirilib. Sözügedən təbbirdə Üzeyir Hacıbəyovun ev muzeyinin direktoru, əməkdar incəsənət xadimi, bəstəkar Sərdar Fərəcov, “Aytam” Uşaq Mədəni Maarifləndirmə İçtimai Birliyinin sədri Aygün Zamanova, şairə Zərəngil Dəmirçiqızı, Kəmalə Ağayeva, şair Teyyub Qurbanov və başqaları çıxış ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR