Bank Of Baku

Bakıda “Şərq-Qərb dünyası uşaqların gözü ilə” beynəlxalq rəsm müsabiqəsi keçiriləcək

Bakıda “Şərq-Qərb dünyası uşaqların gözü ilə” beynəlxalq rəsm müsabiqəsi keçiriləcək
# 26 fevral 2009 10:46 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Bu ilin mayında Bakı şəhərində Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə “Sənətçilər dialoq naminə” layihəsi çərçivəsində “Şərq-Qərb dünyası uşaqların gözü ilə” beynəlxalq rəsm müsabiqəsi keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, müsabiqənin keçirilməsində məqsəd uşaq yaradıcılığının inkişaf etdirilməsi, gənc istedadların üzə çıxarılması, beynəlxalq mədəni əlaqələrin möhkəmləndirilməsi, müxtəlif xalqların mədəniyyətləri ilə tanışlıq vasitəsilə uşaqlar arasında dostluq əlaqələrinin yaradılmasıdır. Müsabiqə 5-15 yaşlı uşaq və yeniyetmələr arasında üç yaş qrupu üzrə keçirilir. Münsiflər heyətinin qərarına əsasən qaliblərə diplom və mükafatlar veriləcək. Rəsm əsərlərinin qəbulu aprelin 20-nə kimi davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR