Bank Of Baku

Azərbaycan cizgi filminin çəkilişlərinə rusiyalı mütəxəssisləri cəlb edib

Azərbaycan cizgi filminin çəkilişlərinə rusiyalı mütəxəssisləri cəlb edib
# 28 fevral 2009 11:01 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Azərbaycan «Azanfilm» studiyasının hazırladığı «Cəsur təyyarə» adlı yeni cizgi filminin çəkilişləri başa çatmaq üzrədir. «Azanfilm» studiyasının direktoru Elçin Hami Axundovun APA-ya verdiyi məlumata görə, cizgi filmi Gülşən Tofiqqızının ssenarisi əsasında çəkilir. Quruluşçu rejissor Aleksandra Şirinova, quruluşçu rəssam Gülçin Özer, animator rəssamlar - əməkdar mədəniyyət işçiləri Rauf Dadaşov və Firəngiz Quliyeva, texniki operator isə Konstantin Qavrişdir.
Studiya direktorunun sözlərinə görə, son onilliklərdə ilk dəfədir ki, Azərbaycanda cizgi filminin çəkilişlərinə Moskva animatorları cəlb edilib. «Cəsur təyyarə» cizgi filmi orijinal və qeyri-adi tərtibatda təqdim ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR