Bank Of Baku

Azərbaycan-Kuba hökumətlərarası komissiyasının növbəti iclasının konkret tarixi müəyyənləşib

Azərbaycan-Kuba hökumətlərarası komissiyasının növbəti iclasının konkret tarixi müəyyənləşib
# 02 mart 2009 08:41 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin başçılığı altında nümayəndə heyətinin Kuba Respublikasına rəsmi səfəri davam edir. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi Zöhrə Əliyevanın APA-ya verdiyi məlumata görə, səfər zamanı Azərbaycanla Kuba arasında Hökumətlərarası Komissiyanın növbəti iclasının cari ilin 18-24 may tarixlərində Bakı şəhərində keçirilməsi ilə bağlı razılıq əldə olunub. Nazir həmçinin Kuba Kommunist Partiyasının rəhbərliyi, baş sənaye nazirinin müavini və mədəniyyət nazirinin müavini ilə görüşlər keçirilib. Görüşlərdə qarşılıqlı Mədəniyyət Günlərinin təşkil olunması ilə bağlı məsələlər müzakirə olunub. Səfər ərəfəsində nümayəndə heyəti ölkənin turizm infrastrukturası ilə tanış olmaq məqsədilə Varadero kurort zonasına da getməsi nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR