Bank Of Baku

ABŞ-ın Avropadakı hərbi komandanlığının iki hərbi kvinteti Bakıda çıxış edəcəklər

ABŞ-ın Avropadakı hərbi komandanlığının iki hərbi kvinteti Bakıda çıxış edəcəklər
# 02 mart 2009 09:04 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva-APA. ABŞ-ın Avropadakı hərbi komandanlığının iki hərbi kvinteti Bakıya gəlib. APA-nın məlumatına görə, «Brass Quintet» və «Wood wind Quintet» kvintetləri iki günlük səfər proqramı çərçivəsində Bakı Musiqi Akademiyasında, Sumqayıtını 2 saylı orta məktəbində seminarlar keçəcəklər. Səfərə həsr olunmuş mətbuat konfransında çıxış edən «Brass Quintet» kvintetinin rəhbəri Devid Martines bildirib ki, onlar Azərbaycan musiqisinin bir janrı olan muğamı tanıyırlar: “Səfərimizdə məqsəd iki ölkə arasında mədəniyyət mübadiləsində iştirak etməkdir. Ola bilər ki, gələcəkdə yaradıcılığımızda Azərbaycan musiqisinin elementlərindən istifadə etdik”. Qeyd edək ki, «Brass Quintet» və «Wood wind Quintet» müxtəlif janrlarda musiqilər, klassik kompozisiyalar, hərbi marşlar, caz və pop musiqisi ifa edirlər. Sabah onların Bakı Musiqi Akademiyası və Bakı Caz Mərkəzində çıxışları nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR