Bank Of Baku

Bakıda ABŞ-ın Avropadakı hərbi komandanlığının «Brass Quintet» və «Wood wind Quintet» kvintetlərinin çıxışı olub

Bakıda ABŞ-ın Avropadakı hərbi komandanlığının «Brass Quintet» və  «Wood wind Quintet» kvintetlərinin çıxışı olub
# 02 mart 2009 16:47 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. ABŞ-ın Azərbaycandakı səfirinin mənzil-iqamətgahında iki ölkənin mədəni əlaqələri çərçivəsində Birləşmiş Ştatların Avropadakı hərbi komandanlığının «Brass Quintet» və «Wood wind Quintet» kvintetlərinin çıxışı olub. APA-nın məlumatına görə, tədbirdə çıxış edən ABŞ səfiri Ann Dersi iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdiyini bildirib. O ABŞ Dövlət Departamentinin “Açıq Dünya” proqramı çərçivəsində Azərbaycandan müxtəlif peşə sahiblərinin Birləşmiş Ştatlara səfər etdiyini, burada seminarlarda, məşğələlərdə iştirak etdiyini deyib. Səfirin sözlərinə görə, sonuncu belə bir qrup ötən ay ABŞ-da olub. Tədbirdə çıxış edən “Açıq Dünya” proqramının Azərbaycandakı koordinatoru Emmi Petersen qurumun fəaliyyəti barədə iştirakçılara məlumat verib. Daha sonra tədbir «Brass Quintet» və «Wood wind Quintet» kvintetlərinin çıxışları ilə davam edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR