Bank Of Baku

Tiflisdə Aşıq Əmrah Gülməmmədovun 100 illik yubileyi keçiriləcək

Tiflisdə Aşıq Əmrah Gülməmmədovun 100 illik yubileyi keçiriləcək
# 04 mart 2009 10:01 (UTC +04:00)
Marneuli. Nizami Məmmədzadə-APA. Martın 10-da Tiflisin “Rustaveli” teatrında Borçalının görkəmli aşığı, ustad sənətkar Aşıq Əmrah Gülməmmədovun 100 illik yubileyi keçiriləcək. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, yubileydə Azərbaycan və Gürcüstan parlamentlərinin deputatları, dövlət nümayəndələri, Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları, ziyalılar, gürcü ictimaiyyətinin nümayəndələri iştirak edəcək. Tədbirə Azərbaycanın bir neçə rayonlarından qonaqlar da dəvət edilib. Azərbaycan Aşıqlar Birliyinin sədri Zəlimxan Yaqub yubileylə əlaqədar tədbirlərin yüksək səviyyədə təşkil edilməsi mövzusunda Tovuz rayonunda Gürcüstanın Marneuli rayonundan gəlmiş bir neçə nümayəndə ilə görüşüb müzakirələr aparıb.
Marneuli Rayon İcra Hakimiyyəti başçısının müavini, yubileyin təşkilat komitəsinin sədri Hüseyn Yusifov APA-ya bildirib ki, Aşıq Əmrah Gülməmmədovun 100 illik yubiley tədbirində Azərbaycan Aşıqlar Birliyinin sədri, xalq şairi Zəlimxan Yaqubun başçılığı ilə nümayəndə heyəti iştirak edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR