Bank Of Baku

Nəzakət Teymurova Cenevrə Millətlər Sarayında konsert verəcək

Nəzakət Teymurova Cenevrə Millətlər Sarayında konsert verəcək
# 04 mart 2009 10:25 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva-APA. Martın 23-də Cenevrə Millətlər Sarayında muğam musiqisi gecəsi keçiriləcək. Azərbaycanın İsveçrədəki səfirliyindən APA-ya verilən məlumata görə, konsertdə Azərbaycanın xalq artisti Nəzakət Teymurova çıxış edəcək. Tədbirə Azərbaycan diasporunun və müxtəlif qeyri-hökumət təşkilatlarının nümayəndələrinin qatılacağı gözlənilir. Analoji konsert proqramı martın 24-də Sürixdə də təşkil olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR