Bank Of Baku

Bakıda “Dünya tekstil memarlığının müasir inkişaf istiqamətləri” mövzusunda beynəlxalq seminar keçirilib

Bakıda “Dünya tekstil memarlığının müasir inkişaf istiqamətləri” mövzusunda beynəlxalq seminar keçirilib
# 04 mart 2009 12:32 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Bu gün Bakıda “Dünya tekstil memarlığının müasir inkişaf istiqamətləri” mövzusunda beynəlxalq seminar keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən Ferrari SAS Şirkəti prezidentinin tekstil memarlıq üzrə müşaviri Aleksandr Smirnov seminarın əhəmiyyətliliyindən danışıb. O bildirib ki, müasir memarlığın əsas materialları beton, dəmir və şüşədir: “Lakin artıq tikintiləri müasir görkəmli edən, xay-tekin siması olan bir komponent də mövcuddur. Bu paradoksal innovasiyanın adı parça memarlığıdır”.
Tədbirdə Ferrarinin Rusiya və MDB üzrə nümayəndəliyinin direktoru Maksim Qirişin, Fransanın Walter SAS şirkətinin ekspert üzrə direktoru Jan Pol Sene, İsveçrənin Membranbau SA şirkətinin texniki direktoru Rolf Xastettler və başqa şirkətlərin nümayəndələri iştirak ediblər. Seminar “Bravo Tent” Şirkətinin təşkilatçılığı ilə baş tutub. Seminar çərçivəsində müxtəlif tekstillərin reklam oldunduğu video-roliklər də nümayiş olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR