Bank Of Baku

Əlibaba Məmmədov: “Beynəlxalq muğam festivalının Azərbaycanda keçirilməsi sübut edir ki, muğam məhz bizə məxsusdur”

Əlibaba Məmmədov: “Beynəlxalq muğam festivalının Azərbaycanda keçirilməsi sübut edir ki, muğam məhz bizə məxsusdur”
# 05 mart 2009 11:22 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. “Səksən yaşlı xanəndə üçün Azərbaycan muğamını bu səviyyədə görmək çox böyük xoşbəxtlikdir. Çox şadam ki, sağllığımda bu hissləri yaşadım”. APA-nın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycanın xalq artisti, tanınmış muğam ifaçısı Əlibaba Məmmədov deyib. Xanəndə Azərbaycanda keçiriləcək I Beynəlxalq Muğam Festivalını yüksək qiymətləndirib və bu layihəni həyata keçirənlərə təşəkkürünü bildirib: “Bu festivalın keçirilməsi ölkəmiz və biz muğam ifaçıları üçün böyük şərəfdir. Beynəlxalq muğam festivalının Azərbaycanda keçirilməsi sübut edir ki, muğam məhz bizə məxsusdur. Muğamımızın bu gününü görmək çox sevindiricidir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR