Bank Of Baku

Dövlət Akademik Mili Teatrının kollektivi Milli Teatr Gününü qeyd edəcək

Dövlət Akademik Mili Teatrının kollektivi Milli Teatr Gününü qeyd edəcək
# 05 mart 2009 12:50 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Azərbaycan Dövlət Milli Dram Teatrının kollektivi 10 mart- Milli Teatr Günü münasibəti ilə Azərbaycan dramaturqu Mir Mehdi Seyidzadənin “Füzuli və Əsmər” tamaşasını nümayiş etdirəcək. Teatrın mətbuat xidmətindən APA-ya bildirilib ki, tamaşanın baş rejissoru, xalq artisti Mərahim Fərzəlibəyovdur. Tamaşada xalq artistləri Rafiq Əzimov, Hacı İsmayılov, əməkdar artistlər Sabir Məmmədov, Əli Nur, Əjdər Həmidov, Kazım Abdullayev, artistlər Elnar Qarayev, Ləman İmanova, Almaz Amanova və başqaları çıxış edəcəklər. Tamaşa martın 9-da R. Behbudov adına Mahnı Teatrında göstəriləcək. Mətbuat xidmətinin məlumatına görə, 136-cı teatr mövsümündə Hüseyn Cavidin “Şeyda”, Aqata Kristinin “Tələ”, Çingiz Aytmatovun “Çingiz xanın ağ buludu”, Əli Əmirlinin “Sevən qadın” və Afaq Məsudun “Yol üstə” tamaşaları üzərində məşqlərə başlanılıb və tezliklə yeni tamaşalar təqdim olunacaq.
Qeyd edək ki, 1873-cü il martın 10-da görkəmli maarifçi Həsən bəy Zərdabinın rəhbərliyi ilə Bakı Realnı məktəbin şagirdləri “Nəciblər klubu”nda M.F. Axundovun “Lənkəran xanının vəziri” komediyası tamaşaya qoyulub. Bununla da Azərbaycanda professional milli teatrın, Azərbaycan Dövlət Milli Dram Teatrının bünövrəsi qoyulub. Bu il isə Azərbaycan Milli Teatrın yaradılmasının 136-cı ildönümüdür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR