Bank Of Baku

Fərhad Bədəlbəyli: “ “Eurovision” müsabiqəsində hələ də siyasət birinci, sənət isə sonuncu yerdədir”

Fərhad Bədəlbəyli: “ “Eurovision” müsabiqəsində hələ də siyasət birinci, sənət isə sonuncu yerdədir”
# 06 mart 2009 11:25 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Bakı Musiqi Akademiyasının (BMA) rektoru, xalq artisti Fərhad Bədəlbəyli bu ilin mayında Moskvada keçiriləcək “Eurovision-2009” müsabiqəsində Azərbaycanı təmsil edəcək Aysel Teymurzadə və Araşın ifa edəcəyi mahnını uğurlu seçim hesab edir. Bununla bağlı APA-ya açıqlama verən Fərhad Bədəlbəyli bildirib ki, Araşın müəllifi oludğu “Always” mahnısı onun marağına səbəb olub. Xalq artisti sözügedən müsabiqənin hələ də siyasi xarakter daşıdığını vurğulayıb: “Eurovision” müsabiqəsində hələ də siyasət birinci, sənət isə sonuncu yerdədir. Finlandiya bu müsabiqədə birinci yeri qazanandan sonra mən bu müsabiqəyə inanmıram. Çünki bu müsabiqəni qəbul edə bilmirəm. Azərbaycanın bu müsabiqədə birinci, yaxud beşinci yer tutacağı isə o qədər də önəmli deyil”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR