Bank Of Baku

Muzey Mərkəzində “Qadına məhəbbətlə” adlı konsert proqramı nümayiş olunub

Muzey Mərkəzində “Qadına məhəbbətlə” adlı konsert proqramı nümayiş olunub
# 06 mart 2009 13:51 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Bu gün Muzey Mərkəzində 8 mart- Beynəlxalq Qadınlar Günü münasibəti ilə Azərbaycan bəstəkarlarının “Qadına məhəbbətlə” adlı konserti keçirilib. APA-nın məlumatına görə, konsert Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilib. Konsertdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bütün Azərbaycan xanımlarını təbrik edib. Nazir eləcə də, bütün sahələrdə qadınların seçildiyini deyərək, çətin işlərin öhdəsindən gələn zərif məxluqlara bu işlərində uğurlar arzulayıb. Ə. Qarayev daha sonra ötən ilin sonunda dövlət başçısının sərəncamı ilə xalq artisti fəxri adlarına layiq görülmüş Nisə Qasımova və Brilliant Dadaşovaya xalq artisti fəxri mükafatını təqdim edib. Konsertdə Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadənin, Sevda İbrahimovanın və Adilə Yusifovanın əsərləri ifa olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR