Bank Of Baku

Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan rəssamlarının əsərlərindən ibarət sərgi açılıb

Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan rəssamlarının əsərlərindən ibarət sərgi açılıb
# 06 mart 2009 15:03 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Muzey Mərkəzinin Sərgi Qalereyasında 8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan rəssamlarının əsərlərindən ibarət sərginin açılışı keçirilib. APA-nın məlumatına görə, sərgidə Rəna Əmrahova, Vüqar Əli, Rəşid İsmayılov, Məmməd Rəşidov, Elçin Bünyadov, Eldar Babazadə, Əli Şəmsi, Namiq İsmayılzadə, Mais Ağabəyov, Əsmər Nərimanbəyova, Arif Hüseynov, Mirnadir Zeynalov, Namiq Məmmədov, Elşən Sərxanoğlu və başqa rəssamların əsərləri nümayiş etdirilir Tədbirə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Azərbaycan Rəssamlar İttifaqının katibi Ağəli İbrahimov və başqaları qatılıb.

Mədəniyyət və Turizm Nazirliyinin təşkialtçılığı ilə “Qadına məhəbbətlə” adı altında keçirilən silsilə tədbirlər çərçivəsində eyni məkanda “Şərq və Qərb” adı altında moda təqdimatı da keçirilib. Təqdimatda modelyerlər Kəmalə Salamova, Vüsalə Əbdürrəhimova, Pərvin Hüseynova, Daşa Samkaviç, Nadya Tazieva və Natəvan Abdullayevanın moda kolleksiyası nümayiş etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR