Bank Of Baku

Görkəmli rəssam Tahir Salahova “2008-ci İlin Adamı” mükafatı təqdim olunub - FOTO

Görkəmli rəssam Tahir Salahova “2008-ci İlin Adamı” mükafatı təqdim olunub - <font color=red>FOTO</font>
# 06 mart 2009 15:39 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Bu gün görkəmli rəssam Tahir Salahova Milli Qəhrəman Çingiz Mustafayev adına Fond və ANS Şirkətlər Qrupunun təsis etdiyi “2008-ci İlin Adamı” mükafatının təqdimetmə mərasimi keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev bildirib ki, Tahir Salahov dünya rəssamlıq sənətinə verdiyi samballı töhfələrə, XX-XXI əsr bəşəriyyətin müasir, dahi təsviri sənət ustaları sırasına daxil olduğuna, əsərləri ilə ölkəmizin beynəlxalq miqyasda tanınmasında mühüm roluna və dünyada azərbaycançılıq ideyalarını yaydığına görə bu mükafata layiq görülüb.
“2008-ci İlin Adamı” diplomu, 4 min manatlıq çek və Tahir Salahov üçün hazırlanan “Omeqa” saatı görkəmli rəssama təqdim edilib. Tahir Salahov mükafatı onun əməyinə verilən böyük qiymət adlandıraraq deyib ki, bu onun ürəyi üçün çox böyük dərman olacaq.
Tədbirdə diplomatik korpusun nümayəndələri, Azərbaycanın mədəniyyət və incəsənət xadimləri, Milli Məclisin üzvləri iştirak edib.

Qeyd edək ki, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ, Azərbaycan və Rusiyanın xalq rəssamı, dəfələrlə dövlət mükafatı laureatı, İspaniya Kral İncəsənət Akademiyasının müxbir üzvü, Fransa Ölməz İncəsənət Akademiyasının üzvü Tahir Salahovun keçən il 80 yaşı tamam olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR