Bank Of Baku

I Respublika Muğam Müsabiqəsinin ikinci turu martın 9-da keçiriləcək

I Respublika Muğam Müsabiqəsinin ikinci turu martın 9-da keçiriləcək
# 07 mart 2009 10:22 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. Təhsil Nazirliyi və Heydər Əliyev Fondunun dəstəyi ilə baş tutan I Respublika Muğam Müsabiqəsinin ikinci turu martın 9-da keçiriləcək. APA-nın məlumatına görə, təhsil naziri Misir Mərdanov bildirib ki, müsabiqəyə 20-35 yaş arasında olan gənclər buraxılıb. Müsabiqəyə iştirak üçün 104 müraciət daxil olub. Nazirin sözlərinə görə, müsabiqənin ilk turu martın 5-də keçirilib. İlk mərhələdə iştirak edən 27 ifaçıdan 10 nəfəri ikinci turda iştirak etmək hüququ qazanıb. Bu turda həmin ifaçılar sərbəst repertuar seçiminə malik olacaq və istədikləri muğamı ifa edəcəklər.
Müsabiqənin ikinci turunda 3 qalib müəyyənləşdiriləcək. Qaliblər Təhsil Nazirliyi və Azərbaycan Mədəniyyətinin Dostları Fondunun dəstəyi ilə keçirilən “Muğam aləmi” “Beynəlxalq Musiqi Festivalı-2009”da Azərbaycanı təmsil edəcəklər. Bu festivalda isə 4 qalib müəyyənləşdiriləcək. Festivalın Qrand-Prix mükafatını alacaq iştirakçıya 20 min, birinci yeri tutan ifaçıya 15 min, ikinci yeri tutana 10 min, üçüncü yerə layiq görülənə isə 5 min avro məbləğində pul mükafatı veriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR