Bank Of Baku

UNESСO-nun baş direktoru Koişiro Matsuura Azərbaycana gələcək

UNESСO-nun baş direktoru Koişiro Matsuura Azərbaycana gələcək
# 07 mart 2009 12:15 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. “Muğam aləmi” Beynəlxalq Muğam Festivalının martın 18-də Bakıda baş tutacaq rəsmi açılış mərasimində iştirak etmək üçün UNESСO-nun baş direktoru Koişiro Matsuura Azərbaycana gələcək. APA-nın məlumatına görə, təhsil naziri Misir Mərdanov bildirib ki, martın 18-dən 25-dək davam edəcək festival çərçivəsində Bakıda muğama həsr olunmuş beynəlxalq simpozium da keçiriləcək. Tədbirdə dünyanın ən məşhur muğam ifaçıları ilə yanaşı, şərq musiqisi ilə maraqlanan ABŞ, İngiltərə, Almaniya, Fransa, İtaliya, İraq, İran, Suriya, Çin, Mərakeş, Türkiyə, Orta Asiya və ərəb ölkələrinin alimləri də iştirak edəcək.

Martın 18-dən 25-dək davam edəcək tədbirə dünyanın müxtəlif ölkələrindən dəvət olunmuş xarici qonaqlar Azərbaycanın müxtəlif mədəniyyət tədbirlərində iştirak edəcəklər.

Nazir qeyd edib ki, Beynəlxalq Muğam Festivalı martın 18-də saat 18.00-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında, martın 19-da saat 19.00-da Azərbaycan Dövlət Filarmoniyasında, martın 20-də saat 18.00-da Beynəlxalq Muğam Mərkəzində, martın 21-də saat 17.00-da Beynəlxalq Muğam Mərkəzində və saat 21.00-da Caz Mərkəzində, martın 22-də saat 18.00-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında və saat 18.00-da Beynəlxalq Muğam Mərkəzində, martın 23-də saat 19.00-da Azərbaycan Dövlət Filarmoniyasında, saat 18.00-da Beynəlxalq Muğam Mərkəzində, saat 21.00-da Caz Mərkəzində, martın 24-də saat 18.00-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında, 18.00-da Beynəlxalq Muğam Mərkəzində, martın 25-də isə saat 14.00-da Beynəlxalq Muğam Mərkəzində və saat 18.00-da Heydər Əliyev adına Sarayda keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR