Bank Of Baku

Marneulidə görkəmli Borçalı aşığı Aşıq Əmrah Gülməmmədovun büstünün təməl qoyma mərasimi keçirilib

Marneulidə görkəmli Borçalı aşığı Aşıq Əmrah Gülməmmədovun büstünün təməl qoyma mərasimi keçirilib
# 10 mart 2009 09:01 (UTC +04:00)
Marneuli. Nizami Məmmədzadə-APA. Bu gün Gürcüstanın Marneuli şəhərində görkəmli Borçalı aşığı, ustad sənətkar Aşıq Əmrah Gülməmmədovun büstünün təməl qoyma mərasimi keçirilib. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, mərasimdə Gürcüstan və Azərbaycan parlamentinin deputatları, Azərbaycanın Gürcüstandakı səfiri Namiq Əliyev, Kvemo-Kartli bölgəsinin qubernatoru David Kirkitadze, Azərbaycan Aşıqlar Birliyinin sədri, xalq şairi Zəlimxan Yaqub da iştirak edib. Z. Yaqub çıxışında təməl qoyma mərasiminin keçirildiyi parkın “Ozanlar parkı” adlandırılması təklifi ilə çıxış edib. Səfir Namiq Əliyev isə həmin parkda Aşıq Hüseyn Saraclının və Aşıq Kamandar Əfəndiyevin də büstlərinin qoyulması təşəbbüsünü irəli sürüb.
Tədbirdə çıxış edən D. Kirkitadze yaxın zamanlarda Zəlimxan Yaqubun Bolnisi rayonunda 60 illik yubileyinin qeyd olunacağını bildirib.
Qeyd edək ki, bu gün Rustaveli teatrında Aşıq Əmrah Gülməmmədovun 100 illik yubileyi qeyd olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR