Bank Of Baku

Milli Teatr Gününə həsr olunmuş təntənəli tədbir keçirilib

Milli Teatr Gününə həsr olunmuş təntənəli tədbir keçirilib
# 10 mart 2009 12:29 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Azərbaycan Teatr Xadimləri İttifaqında 10 mart - Milli Teatr Gününə həsr olunmuş təntənəli tədbir keçirilib. APA-nın məlumatına görə, Mədəniyyət və Turizm Nazirliyi ilə Teatr Xadimləri İttifaqının birgə təşkil etdiyi tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi, sənətşünas Məryəm Əlizadə və Abbas Mirzə Şərifzadənin qızı Firəngiz Şərifzadə çıxış ediblər. Mərasimdə Azərbaycanın teatr xadimləri Mədəniyyət və Turizm Nazirliyinin xüsusi diplomu ilə mükafatlandırılıblar. Tədbirin ikinci hissəsində ittifaqın 1992-ci ildə təsis etdiyi “Qızıl Dərviş” mükafatının, “Teatr xadimi” qızıl və gümüş medallarının və “Səhnə işığı” prizinin təqdimatı keçirilib. Azərbaycan Dövlət Akademik Milli Teatrın aktrisası Firəngiz Mütəllimova Elçinin “Arılar arasında” tamaşasında yaratdığı qadın obrazına, Gənc Tamaşaçılar Teatrının aktyoru Atabala Səfərov “36-dan 6-sı” tamaşasında yaratdığı baş həkim obrazına, Şəki Dövlət Dram Teatrının baş rejissoru Mirbala Səlimli isə Molyerin “Xəsis” tamaşasının quruluşuna görə “Qızıl Dərviş”lə mükafatlandırılıblar. Azərbaycan teatr sənətinin inkişafında müstəsna xidmətlərinə görə SSRİ xalq artisti Firəngiz Əhmədova və xalq artisti Yaşar Nuri “Teatr xadimi” qızıl medalına layiq görülüblər. “Səhnə işığı” prizi isə Lənkəran Dövlət Dram Teatrının dirtektoru İslam Həsənova təqdim olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR