Bank Of Baku

Rusiya Mədəniyyət və İnformasiya Mərkəzi Novruz Bayramı ilə bağlı fotomüsabiqə elan edib

Rusiya Mədəniyyət və İnformasiya Mərkəzi Novruz Bayramı ilə bağlı fotomüsabiqə elan edib
# 10 mart 2009 13:28 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. Bakıda fəaliyyət göstərən Rusiya Mədəniyyət və İnformasiya Mərkəzində Novruz Bayramı ilə bağlı tədbirlər keçiriləcək. Mərkəzin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bayramla əlaqədar fotomüsabiqə elan olunub. Müsabiqə ilə bağlı fotolar martın 15-nə kimi qəbul edilir. Martın 20-da müsabiqəyə yekun vurulacaq. “Bahar» və «Dünya qadınların təbəssümündə» adlı fotosərgilərin sonunda qaliblər mükafatlandırılacaq. Martın 21-də «Şəfran diyarı» adlı poeziya axşamı keçiriləcək. Martın 27-də isə Beynəlxalq Teatr Günü ilə bağlı Səməd Vurgun adına Rus Dram Teatrının baş rejissoru Aleksandr Şarovski və teatrın artistləri ilə görüş keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR