Bank Of Baku

“Zirvə” mükafatının təqdimat mərasimi keçirilib

“Zirvə” mükafatının təqdimat mərasimi keçirilib
# 10 mart 2009 15:56 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Muğam Teatrında 2009-cu ilin “Zirvə” mükafatının təqdimat mərasimi keçirilib. APA-nın məlumatıan görə, tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev mədəniyyət sahəsində çalışanlara təqdim olunan bu mükafatın əhəmiyyətini qeyd edib: “Hər mükafat bu sahədə yeniliklər etmək və daha böyük uğurlara imza atmaq üçün insanlara stimul verir”. Nazir Novruz bayramı ərəfəsində keçirilməsi nəzərdə tutulan I Beynəlxalq Muğam Festivalının təşkilini olduqca vacib addım adlandırıb.

Təqdimat mərasimində Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisası, xalq artisti Firəngiz Şərifova, Qara Qarayevin “Yeddi gözəl” baletində əsas partiyaların ifaçıları - əməkdar artistlər İslam İslamov və Kamilla Hüseynova, xalq rəssamı Tahir Salahov, “Hökmdarın taleyi” filminin quruluşçu rejissoru Ramiz Fətəliyev və baş rolun ifaçısı, xalq artisti Fəxrəddin Manafov, xalq artisti Arif Məlikov, gənc dirijor Əyyub Quliyev 2009-cu ilin “Zirvə” mükafatı ilə təltif olunublar. Mükafata sahiblənən mədəniyyət xadimlərinin hər birinə 5000 manat məbləğində pul mükafatı da verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR