Bank Of Baku

Rumıniya Yazıçılar Birliyində Azərbaycan yazıçılarının rumın dilinə tərcümə edilmiş əsərlərinin təqdimat mərasimi keçirilib

Rumıniya Yazıçılar Birliyində Azərbaycan yazıçılarının rumın dilinə tərcümə edilmiş əsərlərinin təqdimat mərasimi keçirilib
# 10 mart 2009 16:10 (UTC +04:00)
Bakı-APA. Rumıniya Yazıçılar Birliyində Azərbaycan yazıçılarının rumın dilinə tərcümə edilmiş əsərlərinin təqdimat mərasimi keçirilib. Bu barədə APA-ya Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Təqdimat mərasimi Azərbaycanın Rumıniyadakı səfirliyinin təşkilatçılığı ilə baş tutub. Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin katibi, xalq yazıçısı Çingiz Abdullayevin müəllifi olduğu və Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, Buxarest Universitetinin professoru Dumitru Balan tərəfindən rumın dilində tərcümə edilmiş “Günəş altında zülmət” və Buxarest Universitetinin professoru Kopi Kuçuk tərəfindən alban dilinə tərcümə edilmiş “Oliqarxın varisi” kitablarının, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayevin alban dilində tərcümə edilmiş “Ağ qoç, qara qoç” əsərinin təqdimetmə mərasimi keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR