Bank Of Baku

Airf Məlikov: “Arif Məlikovu kimsə sevməyə bilər, lakin Azərbaycan xalqının məni sevməməyə ixtiyarı yoxdur”

Airf Məlikov: “Arif Məlikovu kimsə sevməyə bilər, lakin Azərbaycan xalqının məni sevməməyə ixtiyarı yoxdur”
# 10 mart 2009 16:56 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. “Gənc musiqiçilər, bəstəkarlar qocaman, bu yolda saçını ağartmış sənətkarlara baxıb öyrənməlidirlər. Əlbəttə ki, mən pislərdən öyrənməyi məsləhət görmürəm. Ancaq yaxşılardan öyrənmək lazımdır. Gərək bu sənətdə olan hər bir insan gənc yaşlarından əsl sənət nümunələri təqdim etsin”. APA-nın məlumatına görə, bu sözləri Azərbaycanın xalq artisti, bəstəkar Arif Məlikov jurnalistlərə açıqlamasında deyib. Azərbaycan Dövlət Filarmoniyasında dörd simfonik konsert verdiyini deyən bəstəkar, Azərbaycanda onun ancaq “Məhəbbət əfsanəsi” baletindən xəbərdar olmalarından gileylənib: “İki dəfə “Məhəbbət əfsanəsi” baleti nümayiş etdirilib. Halbuki dünyanın 60-70 teatrında mənim konsertlərim keçirilib. Azərbaycanda bir baletim məlum olsa da, ikinci və üçüncü baletimin iyini belə duymayıblar. Bəstəkarın bir xoşbəxtliyi var ki, onun əsərləri ondan sonra da səslənir. Mən bu gün bu ümidlə yaşayıram. Bu gün 75 yaşına çatmış bəstəkarın əgər üç baletindən biri onun öz ölkəsində nümayiş olunmursa, bu zirvəni mən o bəstəkara verməzdim. Amma mənə bu zirvəni verdilər”. Bəstəkar onu da vurğulayıb ki, 26 yaşında olarkən onun haqqında çox yüksək fikirləri Qara Qarayev, Nazim Hikmət, Dmitri Şostakoviç deyib: “Onların mənə ünvanladığı heç bir söz adi olmayıb. Həmin vaxt o təkanı bizə məhz onlar veriblər. Onlar bizi zirvəyə qalxmağa məcbur edirdilər. Amma heç kəs yaddan çıxarmamalıdır ki, Arif Məlikovu kimsə sevməyə bilər, lakin Azərbaycan xalqının məni sevməməyə ixtiyarı yoxdur”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR