Bank Of Baku

“Uşaq ili” və Səttar Bəhlulzadənin 100 illiyi münasibətilə silsilə tədbirlər keçiriləcək

“Uşaq ili” və Səttar Bəhlulzadənin 100 illiyi münasibətilə silsilə tədbirlər keçiriləcək
# 11 mart 2009 12:02 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. R. Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyi 2009-cu ilin “Uşaq ili” elan edilməsi və Azərbaycanın görkəmli fırça ustası Səttar Bəhlulzadənin anadan olmasının 100 illiyi münasibətilə silsilə tədbirlər keçirəcək. Bu barədə APA-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi Zöhrə Əliyeva məlumat verib. Z. Əliyevanın sözlərinə görə, bu silsilədən ilk tədbir martın 13-də keçiriləcək. Həmin gün Dövlət İncəsənət Muzeyinin təşkilatçılığı ilə Heydər Əliyev adına Müasir Təhsil Kompleksində “Təbiət nəğməkarı” adlı sərginin açılışı olacaq. Sərgidə Səttar Bəhlulzadənin bir neçə əsəri nümayiş olunacaq.

Rəssamın yaradıcılığı haqqında İncəsənət Muzeyinin direktor müavini Elmira Qasımova, xalq rəssamı, M. F. Axundov mükafatı laureatı Altay Hacıyev və rəngkar-rəssam Elşən Hacızadə danışacaq. Mövzu ilə bağlı Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin şagirdləri ədəbi-musiqili kompozisiya ilə çıxış edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR