Bank Of Baku

Bu il dövlət vəsaiti hesabına yeddi bədii filmin çəkilməsi planlaşdırılır

Bu il dövlət vəsaiti hesabına yeddi bədii filmin çəkilməsi planlaşdırılır
# 12 mart 2009 13:29 (UTC +04:00)
Bakı. Ülkər Qasımova -APA. 2009-cu ildə dövlət vəsaiti hesabına yeddi bədii filmin çəkilməsi planlaşdırılır. Mədəniyyət və Turizm Nazirliyinin kino şöbəsinin sektor müdiri Cəmil Fərəcov APA-ya verdiyi açıqlamasında deyib ki, bu filmlərdən beşi artıq istehsalata buraxılıb. Samir Kərəmoğlunun rejissorluğu ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasında çəkiləcək “Ziyarət” filminin istehsalatı artıq tamamlanmaq üzrədir. Rüstəm İbrahimbəyovun ssenarisi əsasında elə Rüstəm İbrahimbəyovun rejissorluğu ilə hazırlanacaq “Kabus” filmi “İbrus” Prodüser Mərkəzi tərəfində istehsal olunacaq. Bu il üçün istehsalata buraxılan filmlər arasında “Aktrisa” (ssenari müəllifi Rövşən İsaq), “Bəşəriyyətin xilası” (ssenari müəllifi Elmira Şamaxılı, rejissoru Mehriban Ələkbərzadə) bədii ekran əsərləri də var. Əsasən klip rejissoru kimi tanınan Ülviyyə Könül bu il dövlət vəsaiti hesabına istehsal olunacaq bədii filmə quruluş verəcək. Səidə Vəliyevanın ssenarisi əsasında Ülviyyə Könülün rejissorluğu ilə “Vəkil hekayələri” adlı film “Sınaqfilm” Prodüser Mərkəzində hazırlanacaq. Bu il ərzində Azərbaycanla Yekaterinburq müştərək olaraq ikiseriyalı televiziya filmi hazırlayacaqlar. “Neft əfsanəsi” adı altında hazırlanacaq filmin ssenari müəllifi Olqa Domalyeva, quruluşçu rejissoru Andrey Marmantovdur.
Film Azərbaycanın “Sınaqfilm” Prodüser Mərkəzinin Yekaterinburqun “Sverdlovsk” Kinostudiyası ilə birgə istehsal olunacaq. Bu il üçün istehsalata buraxılması nəzərdə tutulan filmlər arasında “Prezident Heydər Əliyev” filmi də var. Ramiz Fətəliyev tərəfindən hazırda ssenarisi yazılan bu film iki seriyadan ibarət olacaq. Yuli Qusmanın ssenarisi əsasında istehsalata buraxılması nəzərdə tutulan digər film isə “Qorxma mən səninləyəm-2” iki seriyalı bədii filmdir. Bu filmin quruluşçu rejissoru da Yuli Qusmanın özü olacaq. Hər iki filmin Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasında istehsal olunması planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR