Bank Of Baku

“Eurovision-2009” mahnı yarışmasında təmsil olunacaq ölkələrin nümayəndələri gələn həftə Moskvada görüşəcəklər

“Eurovision-2009” mahnı yarışmasında təmsil olunacaq ölkələrin nümayəndələri gələn həftə Moskvada görüşəcəklər
# 12 mart 2009 14:42 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Bu ilin mayında Moskvada keçiriləcək “Eurovision-2009” mahnı yarışmasında təmsil olunacaq ölkələrin nümayəndə heyətlərinin rəhbərləri gələn həftə Moskvada görüşəcəklər. APA-nın məlumatına görə, martın 16-da Moskvada keçiriləcək görüşdə, yarışmada iştirak edəcək ölkələr öz təmsilçilərini və ifa olunacaq mahnını müsabiqənin təşkilat komitəsinə təqdim edəcəklər. Görüşdə müsabiqəni həyata keçirən Avropa Yayımları İttifaqının rəhbəri də iştirak edəcək. Bu görüşün sonunda mayın 12-si və 14-də keçiriləcək yarımfinallarda ölkələrin hansı nömrə altında çıxış etməsi ilə bağlı püşkatma keçiriləcək. Mayın 16-da keçiriləcək final mərhələsində birbaşa iştirak hüququ qazanan beş ölkənin də finaldakı çıxış nömrələri məlum olacaq.
Qeyd edək ki, 54-cü dəfə keçiriləcək “Eurovision” müsabiqəsində əvvəl 43 ölkənin iştirakı nəzərdə tutulsa da, Gürcüstan bu gün müsabiqədə öz təmsilçiliyini geri götürüb.

Qeyd edək ki, müsabiqədə ikinci dəfə iştirak edəcək Azərbaycanı Aysel Teymurzadə və Araş təmsil edəcək. Artıq Azərbaycan təmsilçilərinin ikinci yarımfinalda, yəni mayın 14-də səhnəyə çıxacağı məlumdur. Martın 16-da keçiriləcək püşkatmada isə Aysellə Araşın ikinci yarımfinalda sıra nömrəsi məlum olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR