Bank Of Baku

Bakıda tələbə və gənc memarlar üçün beynəlxalq festival keçiriləcək

Bakıda tələbə və gənc memarlar üçün beynəlxalq festival keçiriləcək
# 12 mart 2009 15:16 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Bakıda tələbə və gənc memarlar üçün beynəlxalq festival keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi Zöhrə Əliyevanın APA-ya verdiyi məlumata görə, bu festival 16-19 mart tarixlərində gerçəkləşəcək. Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Memarlıq və İnşaat Universiteti və Romualdo del Bianko Fondu (Florensiya, İtaliya) ilə birgə “Bakı – İslam Mədəniyyətinin Paytaxtı 2009” çərçivəsində təşkil olunacaq beynəlxalq səviyyəli festival “Ənənəvi İslam memarlığı” mövzusunda “Dərəcə və İxtisas” adı altında baş tutacaq. Beynəlxalq memarlıq festivalının açılış mərasimi martın 16-da Muzey Mərkəzində keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR