Bank Of Baku

“Novruz - Bahar bayramı” adlı musabiqə-sərgi keçiriləcək

“Novruz - Bahar bayramı” adlı musabiqə-sərgi keçiriləcək
# 13 mart 2009 08:40 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə uşaq, yeniyetmə və gənclərin rəsm və əl işlərindən ibarət “Novruz - Bahar bayramı” adlı musabiqə-sərgi keçiriləcək. Nazirliyin mətbuat katibi İntiqam Hümbətovun APA-ya verdiyi məlumata görə, müsabiqə-sərgi 16-17 mart tarixlərində Muzey Mərkəzinin İncəsənət Qalereyasında təşkil olunacaq. Müsabiqədə məqsəd uşaq, yeniyetmə və gənclər arasında təsviri və tətbiqi-dekorativ sənətin inkişaf etdirilməsi, xüsusi istedada malik uşaq, yeniyetmə və gənclərin vaxtında aşkara çıxarılması, onlara dövlət qayğısının artırılmasıdır. Artıq 35 şəhər və rayonda fəaliyyət göstərən uşaq incəsənət və rəssamlıq məktəblərindən 300-ə yaxın rəsm və əl işləri müsabiqə- sərgiyə təqdim edilib. Münsiflər heyətinin qərarı ilə iki yaş qrupu üzrə müsabiqənin qaliblərinə və fərqlənən iştirakçılara Mədəniyyət və Turizm Nazirliyinin diplomları, pul mükafatları, bütün iştirakçılara isə sərgiyə təqdim olunan işləri özündə əks etdirən kataloqlar və DVD-lər təqdim olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR