Bank Of Baku

Elçinin “Ulduzlar altında cinayət” tamaşası Məlahət Abbasovanın rejissorluğu ilə Moskvada oynanılacaq - FOTO

Elçinin “Ulduzlar altında cinayət” tamaşası Məlahət Abbasovanın rejissorluğu ilə Moskvada oynanılacaq - <font color=red>FOTO</font>
# 13 mart 2009 15:34 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. İstanbul Bələdiyyəsi Şəhər Teatrı Türkiyədə yaşayan azərbaycanlı aktrisa Məlahət Abbasovanın rejissorluğu ilə ilk dəfə olaraq Elçinin “Ulduzlar altında cinayət” (“Qatil”) tamaşasını Moskvada nümayiş etdirəcək. Bu barədə APA-ya məlumat verən Məlahət Abbasova deyib ki, tamaşanın nümayişi Dünya Azərbaycanlıları Konqresinin (DAK) Rusiya təmsilçiliyi və Moskvadakı Nəsibə Zeynalova adına Azərbaycan Musiqili-Estrada Teatrının təşəbbüsü ilə həyata keçiriləcək. M. Abbasova deyib ki, tamaşa martın 22-də 156-cı dəfə Moskvada “Ostankino” Konsert salonunun Kral sarayında oynanılacaq. Tamaşanın rejissoru qeyd edib ki, “Ulduzlar Altında Cinayət” tamaşası 2007-ci ildə Krımda keçirilən Teatrlar Festivalında nümayiş edilib, elə həmin ilin dekabr ayında Azərbaycan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev tərəfindən Bakıya dəvət olunub. M. Abbasova bu yaxınlarda Azərbaycan tamaşaçılarını bir neçə yeni layihələrlə sevindirəcəyini də diqqətə çatdırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR