Bank Of Baku

“Prezident İlham Əliyev və mədəniyyət” kitabının elektron versiyası hazırlanıb

“Prezident İlham Əliyev və mədəniyyət” kitabının elektron versiyası hazırlanıb
# 14 mart 2009 08:39 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. “Prezident İlham Əliyev və mədəniyyət (2003-2008)” kitabının elektron versiyası hazırlanıb. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iki cildli kitab 2008-ci ilin oktyabrında geniş ictimaiyyətin və mütəxəssislərin diqqətinə təqdim edilib. Ölkə daxili və xaricdəki təşkilatlardan, kitabxanalardan daxil olan çoxsaylı müraciətlər nəzərə alınaraq kitabın elektron versiyası hazırlanıb. Kitab Üzeyir Hacıbəylinin “Koroğlu” operasındakı uvertüra ilə müşayiət edilir. Kitabın I cildində prezident İlham Əliyevin Azərbaycan və dünya mədəniyyət xadimləri ilə görüşləri, müxtəlif mədəniyyət müəssisələrindəki çıxış və tövsiyələri, müsahibələri öz əksini tapıb. II cilddə isə dövlət başçısının mədəniyyət xadimlərinə göndərdiyi təbriklər, mədəniyyət sahəsində imzaladığı fərman, sərəncam və qanunlar, habelə mədəniyyət, ədəbiyyat, tarixi-mədəni irs və milli-mənəvi dəyərlər haqqında fikirləri yer alıb. Layihənin rəhbəri mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, buraxılışa məsul Teymur Mehdiyev, Sevda Məmmədəliyeva, Ədalət Vəliyev, tərtibçilər Lətifə Məmmədova və Mayıl Əhmədovdur. Nəşrin elmi məsləhətçiləri professor Teymur Əhmədov və hüquq elmləri namizədi Əli Eyvazovdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR