Bank Of Baku

Azərbaycan Dövlət Musiqili Komediya Teatrı Gürcüstanda qastroldadır

Azərbaycan Dövlət Musiqili Komediya Teatrı Gürcüstanda qastroldadır
# 16 mart 2009 07:18 (UTC +04:00)
Marneuli. Nizami Məmmədzadə-APA. Azərbaycan Dövlət Musiqili Komediya Teatrının kollektivi bazar günü Marneuli şəhər Mədəniyyət Evində proqramla çıxış edib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, xalq artistləri Arif Quliyev, Fatma Mahmudova, prezident mükafatçıları Elçin Həmidov, Çingiz Əhmədov, əməkdar artist Xanım Qafarova, Novruz Qartal, Namiq Qasımov, Səməd Xasıyev, beynəlxalq müsabiqələr laureatı İnarə Babayevanın çıxışları azərbaycanlı tamaşaçıların alqışına səbəb olub. Skripka ustası Səlim Abbasovun ifa etdiyi musiqi, Fuad Ağayev və Səbinə Babayevanın Azərbaycan və gürcü rəqsləri böyük maraq və sevinclə qarşılanıb. Şənbə günü teatrın kollektivi Rustavidə yaşayan soydaşlarımız qarşısında maraqlı proqramla çıxış edib. Teatrın rəhbəri Əliqismət Lalayev APA-nın Gürcüstan bürosuna verdiyi açıqlamada qastrol səfərinin Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə həyata keçirildiyini deyib: “Martın 16-da Tiflisin mərkəzində Rustaveli adına teatrda, sonra isə Qardabanidə yaşayan soydaşlarımız qarşısında çıxış edəcəyik. Soydaşlarımızın Azərbaycan musiqisinə, teatrına marağı, sevgisi böyükdür. Tamaşaçılar çıxışları sürəkli alqışladılar, incəsənət adamları üçün bundan böyük hədiyyə ola bilməz”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR