Bank Of Baku

Bakıda “Ənənəvi islam memarlığı” mövzusunda beynəlxalq festival keçirilir

Bakıda “Ənənəvi islam memarlığı” mövzusunda beynəlxalq festival keçirilir
# 16 mart 2009 09:23 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Muzey Mərkəzində “Bakı – İslam Mədəniyyətinin Paytaxtı - 2009” mədəniyyət ili çərçivəsində tələbə və gənc memarlar üçün “Ənənəvi islam memarlığı” mövzusunda beynəlxalq festivalın açılışı keçirilib. APA-nın məlumatına görə, festival Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Memarlıq və İnşaat Universiteti və İtaliyanın “Romualdo del Byanko” Fondunun birgə təşkilatçılığı ilə keçirilir. Açılış mərasimində çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bu cür tədbirlərin keçirilməsini Azərbaycanın mədəni və tarixi irsinin qorunması yönündə atılan mühüm addımlar kimi qiymətləndirib. O bildirib ki, martın 19-dək davam edəcək festival çərçivəsində qonaqlara Azərbaycanın işğal altındakı torpaqları, dağıdılan tarixi, memarlıq abidələr və Azərbaycanın mədəni irsi haqqında geniş məlumatlar veriləcək.

Tədbirdə Azərbaycanın təhsil naziri Misir Mərdanov, Azərbaycan Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov, “Romualdo del Byanko” Fondunun sədri Paolo del Byanko, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova və başqaları da çıxış ediblər.

Qeyd edək ki, festivalda məqsəd məşhur memarların təcrübəsi ilə tanış olmaq, universitet tələbələrinə memarlığın müxtəlif istiqamətlərinə həsr olunmuş mühazirələrdə və seminarlarda iştirak etmək imkanı yaratmaqdır. Layihənin ideyası “Romualdo del Byanko” Fonduna məxsusdur. Festivalda İtaliya, Qazaxıstan, Rusiya, Türkiyə, Şimali Kipr və digər ölkələrin nümayəndələri iştirak edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR