Bank Of Baku

Muzey Mərkəzində "Novruz-Bahar bayramı" adlı müsabiqə-sərgi keçirilib

Muzey Mərkəzində "Novruz-Bahar bayramı" adlı müsabiqə-sərgi keçirilib
# 16 mart 2009 09:42 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Bu gün Muzey Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə uşaq, yeniyetmə və gənclərin rəsm və əl işlərindən ibarət "Novruz-Bahar bayramı" adlı müsabiqə-sərgi keçirilib. APA-nın məlumatına görə, tədbirdə iştirak edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev keçirilən sərgi-müsabiqədə fəal olan balaca rəssamlara uğurlar arzulayıb. Azərbaycan Rəssamlar İttifaqının katibi, xalq rəssamı Ağəli İbrahimov müsabiqənin xalqımızın milli bayramı - "Novruz"un uşaq, yeniyetmə və gənclər arasında qeyd edilməsi, uşaq, yeniyetmə və gənclər arasında təsviri və tətbiqi-dekorativ sənətin inkişaf etdirilməsi, xüsusi istedada malik uşaq, yeniyetmə və gənclərin vaxtında aşkara çıxarılması, onlara dövlət qayğısının artırılması məqsədilə keçirildiyini qeyd edib. O bildirib ki, bununla əlaqədar respublikamızın 35 şəhər və rayonunda fəaliyyət göstərən uşaq incəsənət və rəssamlıq məktəblərindən 300-ə yaxın rəsm və əl işləri müsabiqə-sərgiyə təqdim edilib. İttifaqın katibi bütün əsərlərin sərgidə nümayiş etdirildiyini deyib. Tədbirdə münsiflər heyətinin qərarı ilə iki yaş qrupu üzrə müsabiqənin qaliblərinə və fərqlənən iştirakçılara Mədəniyyət və Turizm Nazirliyinin diplomları, pul mükafatları, bütün iştirakçılara isə sərgiyə təqdim olunan işləri özündə əks etdirən kataloqlar və DVD-lər təqdim edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR