Bank Of Baku

Vaqif Mustafazadənin anadan olmasının 69-cu ildönümü qeyd edilib

Vaqif Mustafazadənin anadan olmasının 69-cu ildönümü qeyd edilib
# 16 mart 2009 13:20 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Azərbaycanın görkəmli cazmeni Vaqif Mustafazadənin anadan olmasının 69-cu ildönümü münasibətilə anım mərasimi keçirilib. APA-nın məlumatına görə, mərhum sənətkarın Ev Muzeyində keçirilən tədbirdə Vaqif Mustafazadə Fondunun və muzeyin direktoru Afaq Əliyeva məşhur cazmenin həyat və yaradıcılığından danışıb. Muzeyin təşəbbüsü ilə hər il V. Mustafazadənin doğum və vəfat günündə ənənəvi olaraq tədbir keçirildiyini söyləyən A. Əliyeva bildirib ki, bu gün səhər mədəniyyət və incəsənət xadimləri, muzey işçiləri V. Mustafazadənin məzarını ziyarət ediblər: “Az ömür sürən görkəmli sənətkar yaşadığı illər ərzində Azərbaycan mədəniyyətinin və musiqisinin dünyada tanıdılmasında müstəsna rol oynayıb. Gələn il onun 70 illik yubileyidir. Biz onun yubileyini yüksək səviyyədə təşkil etməyi nəzərdə tuturuq”.

Tədbirdə xalq şairi Vaqif Səmədoğlu, xalq artisti Natəvan Şeyxova, əməkdar artist Eyyub Yaqubov və başqaları iştirak ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR