Bank Of Baku

Türkiyənin Samsun şəhərində Azərbaycan Günləri keçiriləcək

Türkiyənin Samsun şəhərində Azərbaycan Günləri keçiriləcək
# 16 mart 2009 14:01 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Türkiyənin Samsun şəhərində Novruz bayramı ilə əlaqədar Azərbaycan Günləri keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin kino şöbəsindən APA-ya verilən məlumata görə, Azərbaycan günləri çərçivəsində Vaqif Əsədullayevin prodüserliyi və Ramiz Fətəliyevin rejissorluğu ilə çəkilən “Hökmdarın taleyi” filminin nümayişi də təşkil olunacaq.

Məlumatda o da bildirilir ki, Mədəniyyət və Turizm Nazirliyi TÜRKSOY-a 11 adda bədii, sənədli və animasiya filmləri göndərib. Bu filmlər TÜRKSOY-un Azərbaycanla bağlı bölməsinin arxivində saxlanılacaq. 11 film arasında “Cavid ömrü”, “Arxada qalmış gələcək” bədii, “Prezident”, “9 dəqiqə”, “Portret”, “Azərbaycan motivləri”, “Dua”, “Həqiqətin özü” sənədli və ”Bir nağıl söylə mənə” cizgi filmləri toplusu yer alır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR