Bank Of Baku

Azərbaycanlı karikaturaçıların əsərləri beynəlxalq mükafatlara layiq görülüb

Azərbaycanlı karikaturaçıların əsərləri beynəlxalq mükafatlara layiq görülüb
# 17 mart 2009 10:56 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Polşada keçirilən “Jaka bede” beynəlxalq karikatura müsabiqəsində azərbaycanlı karikaturaçı rəssam Bayram Hacızadənin əsəri bürünc mükafatına layiq görülüb. Azərbaycan Karikaturaçı Rəssamlar Birliyi İdarə Heyətindən APA-ya bildirilib ki, sözügedən müsabiqə martda keçirilib. Çində həyata keçirilən ənənəvi “Lenq Mu” Beynəlxalq Karikatura Müsabiqəsində isə həmyerlimiz Seyran Cəfərlinin əsəri müsabiqədə II, Bayram Hacızadənin əsəri isə III yerə layiq görülüb. Almaniyanın Ştutqart şəhərində hər il təşkil olunan “Stuttgart award” beynəlxalq karikatura müsabiqəsində Azərbaycanı təmsil edən beş rəssamın karikaturası müsabiqənin seçilmiş ən yaxşı əsərlərdən ibarət kataloquna daxil edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR