Bank Of Baku

Azərbaycan paytaxtında Qız Qalasının yeni texnologiyalarla tədqiqatına başlanıb - FOTOSESSİYA

Azərbaycan paytaxtında Qız Qalasının yeni texnologiyalarla tədqiqatına başlanıb - <font color=red>FOTOSESSİYA</font>
# 17 mart 2009 12:56 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Azərbaycan və dünya memarlığında sirlərlə dolu və özünəməxsusluğu ilə seçilən, Ümumdünya İrsi Siyahısına daxil olunan Qız Qalasının yeni texnologiyalarla tədqiqatına başlanılıb. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədqiqatın məqsədi lazer skaneri ilə qalanın tam rəqəmsal 3D görünüşünü və rəqəmsal məlumat bazasını yaratmaqdır. Tədqiqat işləri Mədəniyyət və Turizm Nazirliyinin, İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin, Azərbaycan Memarlıq və İnşaat Universitetinin və “AİKON CPİT” MMC-nin dəstəyi ilə Vyana Texnoloji Universitetinin Memarlıq və İncəsənət Tarixi, Tikintinin Tədqiqatı və Mühafizəsi üzrə İnstitutu tərəfindən aparılır.

Məlumatda bildirilir ki, tədqiqat işləri ilə yanaşı, vyanalı mütəxəssislər Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbələri və yerli mütəxəssislər üçün seminarlar keçirir, onlara müasir avadanlıqla işləməyi öyrədirlər. Tədqiqat işləri tamamlandıqdan sonra martın 19-da Azərbaycan Memarlıq və İnşaat Universitetinin binasında aparılmış işlərin təqdimatı keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR