Bank Of Baku

Moskva Dövlət Konservatoriyasının professoru: ”Yetmişinci illərdən bəri muğamla məşğul oluram”

Moskva Dövlət Konservatoriyasının professoru: ”Yetmişinci illərdən bəri muğamla məşğul oluram”
# 18 mart 2009 09:48 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Bakıda təşkil olunan “Muğam aləmi” Beynəlxalq Elmi Simpoziumunda iştirak etmək üçün Azərbaycana gələn 30-a yaxın alim, musiqi xadimi və tədqiqatçının təmsil olunduğu nümayəndə heyəti Fəxri Xiyabanda Heydər Əliyev və akademik Zərifə Əliyevanın məzarını ziyarət edib. APA-nın məlumatına görə, “Muğam aləmi” I Beynəlxalq Muğam Festivalı çərçivəsində keçiriləcək simpoziumun üç gün davam etməsi nəzərdə tutulur. Jurnalistlərə açıqlama verən Moskva Dövlət Konservatoriyasının professoru Violetta Yunusova Azərbaycanda bu səviyyəli festivalın keçirilməsini yüksək qiymətləndirdiyini vurğulayıb. Muğamın ona çox yaxın olduğunu deyən V. Yunusova muğam mövzusu üzrə doktorluq müdafiə etdiyini açıqlayıb: “Mən özüm 70-ci illərdən bəri muğamla məşğul oluram. Bu mövzuda həm dissertasiya müdafiə etmişəm, həm də Azərbaycanın tanınmış musiqiçisi Bəhram Mansurovla birgə işləmişəm. Bu səfərdən çox məmnunam və elə bilirəm ki, vətənimə gəlmişəm. Rusiyada əvvəllər muğama çox böyük maraq var idi. Lakin sərhədlər açılandan sonra ruslar Uzaq Şərq musiqisinə daha çox maraq göstərməyə başladılar. Buna baxmayaraq, muğam unudula bilməz”.

Türkiyədən gələn Murad Çətinqaya isə qardaş ölkənin belə bir festivala təşkilatçılıq etməsinə ürəkdən sevindiyini söyləyib: “Türk musiqisi ilə Azərbaycan musiqisi arasında fərqlər olsa da, oxşarlıqlar da az deyil”.

Qeyd edək ki, Azərbaycan Tarix Muzeyində keçiriləcək “Muğam aləmi” Beynəlxalq Elmi Simpoziumunun açılış mərasimində ölkənin birinci xanımı, millət vəkili Mehriban Əliyevanın da iştirakı gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR