Bank Of Baku

Firəngiz Əlizadə: “Tamaşaçıların yüngül musiqiyə meyllənməsi prosesi bütün dünyada gedir”

Firəngiz Əlizadə: “Tamaşaçıların yüngül musiqiyə meyllənməsi prosesi bütün dünyada gedir”
# 18 mart 2009 14:39 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. “Azərbaycanda keçirilən beynəlxalq muğam festivalı insanlarımızda gözəl hisslər, gözəl düşüncələr oyadacaq. Belə festivalların, yeni tədbirlərin keçirilməsi xalqımızın diqqətini daha çox muğama, klassik musiqiyə yönəltməsinə şans yaradacaq”. APA-nın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında “Muğam aləmi” Beynəlxalq Elmi Simpoziumda iştirak edən Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə deyib. Son illər tamaşaçıların daha çox yüngül musiqiyə qulaq asmasına da münasibət bildirən F.Əlizadə bu prosesin təkcə Azərbaycanda deyil, bütün dünyada getdiyini vurğulayıb: “Çox gözəl bilirik ki, bütün dünyada bu proseslər gedir. XXI əsrdə insanlar gərginliklərdən, dava-dalaşlardan sonra sanki daha çox əylənmək, fon musiqisinə qulaq asmaq istəyirlər. Sanki dəyərli, bir az da mürəkkəb olan musiqi öz mövqeyini yüngül musiqiyə təslim edib. Amma bu o demək deyil ki, muğam sənəti, klassik sənəti kölgədə qalacaq. Biz Bəstəkarlar İttifaqı olaraq hər zaman deyirik ki, bu gün biz 170-185 üzvü olan Bəstəkarlar İttifaqı deyilik. Biz klassik bəstəkarlarımızı yetişdirən və onların yaratdığı Bəstəkarlıq İttifaqıyıq. Biz istedadlı gənc bəstəkarların hər birini ictimaiyyətə təqdim edirik, onların yaradıcılığına təkan veririk və bunu həmişə davam etdirəcəyik”. İttifaq sədri deyib ki, Beynəlxalq Muğam Festivalında iştirak etmək üçün Azərbaycana gələn qonaqlar Azərbaycan muğamına heyranlıqla qulaq asırlar: “Amerikadan, Fransadan gələn qonaqlar Azərbaycanın hər zaman bu proseslərdə irəlidə olduğunu deyirlər. Çox şükür ki, çox illərdən bəri muğamın tədrisinə başlanılıb. Muğamın tədrisi indi başlamayıb, bu tədris hələ o dövrlərdə mədrəsələrdə həyata keçirilib. Bu gün də bu yol müxtəlif səviyyələrdə layiqincə davam etdirilir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR